Press "Enter" to skip to content

Qumuq kəndlərinin sürgününün 77 illiyinə

Kamil ƏLİYEV, Mahacqala

12 aprel 1944-cü il Tarqu qumuqlarının təqvimində qara gündür.

77 il öncə bu gün Mahacqala yaxınlığındakı Tarqu, Kəxulay, Alburikənd yaşayış məntəqələrinin əhalisi öz doğma ocaqlarından zorla sürgün edilmişdi.

Lakin elə o günlərdə də bütün cəbhə boyu Hitler Almaniyasına qarşı savaş gedirdi. O savaşda elə bu kəndlərdən hərbi xidmətə çağırılmış Qırmızı Ordu əsgər və zabitləri də cəsarətlə Vətən uğrunda savaşır, qanlarını tökürdülər. Ancaq onlar bilmirdilər ki, arxalarında “DağVilKom” hakimiyyəti hansı qəddarlığı törədir.

Tarqu ağsaqqalları və uşaqları əmək cəbhəsində acından belə ölərək, öz həyatlarına belə qıyaraq sürgün olunduqları yerlərdə Qələbə naminə çalışırdılar.

Bu ağrını, bu etnik travmanı heç bir ultrapatriotik çağırışlarla boğmaq, müalicə etmək olmaz.

Bu yerlərin sahiblərinin bu ağrısını elə bu yerlərin sahiblərindən başqa heç kim eşitmək istəmir. İlk növbədə də hakimiyyət sahibləri. Yalnız qadir Allaha inam qalır. Tarqunun yeni nəslinin qəlbindəki qəzəb, Qaraman, Germençik və Çalpardakı ata yurdlarından məhrum olmuş insanların qəzəbi qalır. Onların bir çoxunu isə artıb böyümüş Anciqala çoxdan udub.

Biz xatırlayırıq. Yaddaş tükənməz substansiyadır!

Bizim şüurumuz, tariximiz ondan hörülüb.

Beləcə lənətlənmiş o günün 77-ci ildönümünü qarşılayırıq.

Bayraqdar.info: Bu yazı Dağıstanda yaşayan ağsaqqal qumuq jurnalisti Kamil Əliyevin iznilə sosial media hesabından götürülərək ruscadan tərcümə edilib.

Mission News Theme by Compete Themes.