Press "Enter" to skip to content

Qırğızıstanda referendum və yerli seçkilər problemsiz keçib

Vüqar İskəndərov: Aparılan müşahidələrimiz əsasında təəssüratlarımız müsbətdir

Bayraqdar.info – Xəbər verdiyimiz kimi aprelin 11-də Qırğızıstanda konstitusiyanın dəyişdirilməsi üçün referendum və yerli hakimiyyət orqanlarına seçkilər keçirilib. Ölkə üzrə 2 min 483 məntəqə fəaliyyət göstərib, yerli şuralara seçkilər 448 şəhər və kənddə keçirilib. Siyahılara səs hüququ olan 3,3 milyon seçicinin adı salınıb.

Bu səsverməni TürkPA-nın beynəlxalq müşahidəçi missiyasının tərkibində izləyən Azərbaycan Milli Məclisinin deputatı Vüqar İskəndərov bayraqdar.info-ya açıqlamasında deyib ki, aprelin 12-də təmsil olunduğu müşahidə missiyasının mətbuat kofransı keçirilib.

“Mətbuat kofransında mən də çıxış etdim. Çıxışlarda qeyd olundu ki, aparılan müşahidələrimiz əsasında təəssüratlarımız müsbətdir. Bildirildi ki, Qırğızıstan Mərkəzi Seçki Komissiyası səsvermə prosesinin qanunauyğun şəkildə keçirilməsi üçün lazım olan bütün addımları atmışdı. Yəni, səsvermənin azad və ədalətli keçməsi üçün lazım olan bütün şərait yaradılmışdı. Eyni zamanda seçki məntəqələrinin texniki təchizat baxımından təminatı yüksək səviyyədə idi”, – deyə deputat bildirib.

Xatırladaq ki, konstitusiya layihəsi ilə bağlı keçirilən bu referenduma prezidentin səlahiyyətlərinin artırılması, bu sistemə keçid üzrə əsas normaların müəyyənləşdirilməsi və parlamentin deputatlarının sayının 120-dən 90-a endirilməsi məsələləri çıxarılmışdı.

Mission News Theme by Compete Themes.