Press "Enter" to skip to content

Özbəkistan-Pakistan Zirvə görüşü keçiriləcək

Bayraqdar.info – Aprelin 14-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə Pakistan Baş naziri İmran Xan arasında videokonfrans rejimində Zirvə görüşü keçiriləcək.

Bu haqda xəbəri Özbəkistan Prezidentinin mətbuat xidməti verib.

Xəbərdə deyilir ki, tərəflər ikitərəfli praktik tərəfdaşlıq və regional işbirliyinə aid aktual məsələləri müzakirə edəcək.

Əsas diqqət TransƏfqan dəmir yolunun birgə tikintisinin gedişinə yönəldiləcək. Eyni zamanda qarşılıqlı ticarətin artırılması, aparıcı şirkətlər arasında işbirliyinin genişləndirilməsi, hava uçuşlarının bərpası, bölgələrarası əlaqələrin inkişafı və mədəni-humanitar mübadilələrin təmini məsələləri müzakirə olunacaq.

İki ölkə rəhbərləri beynəlxalq platformalarda işbirliyi ilə bağlı fikir mübadiləsi də aparacaq.

Zirvə görüşünün sonunda ortaq sənədin imzalanması nəzərdə tutulur.

Mission News Theme by Compete Themes.