Press "Enter" to skip to content

İsrailli gənc qız iki asteroid tapdı, NASA da onlara qızın adını verdi

Bayraqdar.info – İsrailli gənc tələbə qız Aseel Nama iki asteroid aşkar edib. Bu haqda xəbəri “Times of Israel” nəşri yayıb.

Nəşrin xəbərinə görə, o, NASA-nın 116 ayrı qrupda araşdırma aparanları arasında tək bir nəfərlik araşdırmaçı kimi çalışıb. Bir aylıq asteroid aşkarlama proqramı çərçivəsində çalışan gənc qız nəhayət ki, iki ayrı asteroid aşkar edib.

İsrail Texnologiya İnstitutunun ötən Cümə günü bununla bağlı yaydığı açıqlamada bildirilir ki, NASA gənc tələbə qızın bu uğurunu yüksək dəyərləndirərək onun adını asteroidlərə verib. İndi kainatda ANI1801 və ANI2001 (ANI – Aseel Nama Israel) adlı iki asteroid dolaşmaqdadır.

A.Nama İsrail Texologiya İnstitutunun tələbəsidir. O, ABŞ kosmik agentliyi – NASA-nın vətəndaş araşdırma təşəbbüsündə tək başına iştirak edərək bu uğura imza atıb.

Deyr əl-Əsəd adlı ərəb şəhərində böyümüş və hazırda Hayfada yaşayan A.Nama uğuru haqda danışarkən deyib ki, bu, mənim xəyalım idi.

Mission News Theme by Compete Themes.