Press "Enter" to skip to content

1-ci rübdə əlilliyi olan şəxslərə 11 mindən çox reabilitasiya vasitəsi verilib

Son yeniləmə: 12 Aprel 2021 19:24

Bayraqdar.info – 2021-ci ilin I rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabelyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 2731 əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərib. Onlardan 443-ü ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərdir.

Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, yanvar-mart aylarında əlilliyi olan şəxslərə bir hissəsi mühərrikli olan 282 təkərli oturacaq, 325 aşağı və yuxarı ətraf, habelə süd vəzi protezi, 194 aşağı və yuxarı ətraf protezi, 3565 müxtəlif reabilitasiya vasitəsi, 31 bel və boyun nahiyəsi üçün korset, 643 cüt protez ayaqqabı, 636 cüt ortopedik ayaqqabı, dördayaqlı dayaq vasitəsi verilib. Əlilliyi olan şəxslər həmçinin 653 qoltuqaltı və dirsək altı ağac, 636 ədəd əsa və s. reabilitasiya vasitələri ilə təmin edilib. Ümumilikdə, son 3 ayda 2731əlilliyi olan şəxsə 11 min 212 reabilitasiya vasitəsi verilib.

Mission News Theme by Compete Themes.