Press "Enter" to skip to content

Xarici işlər naziri beyin mərkəzləri nümayəndələri ilə görüşüb

Son yeniləmə: 11 Aprel 2021 21:10

Bayraqdar.info – Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramov aprelin 11-də beynəlxalq beyin mərkəzlərinin nümayəndələri ilə görüşüb.

Bu haqda xəbəri Nazirliyin Mətbuat xidməti idarəsi yayıb. Xəbərdə bildirilir ki, nazir Ceyhun Bayramov “ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Cənubi Qafqaz üçün yeni baxış – müharibə sonrası inkişaf və əməkdaşlıq” mövzusunda təşkil olunan dəyirmi masada iştirak edib”. O da bildirilir ki, “tədbirə dünyanın 15 ölkəsindən aparıcı beyin mərkəzlərinin nümayəndələri qatılıb”.

Nazir Ceyhun Bayramov Ermənistanın işğalına son qoyulduqdan sonra bölgədəki durum, üçtərəfli bəyanatlardan irəli gələn vəzifələrin icrası, beynəlxalq hüququn prinsipləri, azad edilmiş torpaqların bərpası və s. məsələlər haqqında danışıb.

Nazir, Ermənistanın uduzmasına baxmayaraq hələ də qisasçı bəyanatlar verməsinə, indiki halda belə dağıdıcı davranışlardan imtina etməməsinə ayrıca diqqət çəkib.

Sülhməramlıların rolu, Azərbaycana qarşı dezinformasiya məsələləri də görüş iştirakçılarının maraqla dinlədiyi fikirlər arasında yer alıb.

Mission News Theme by Compete Themes.