Press "Enter" to skip to content

Qırğızıstanda konstitusiya referendumu və yerli seçkilər başa çatıb

Son yeniləmə: 11 Aprel 2021 21:48

Vüqar İskəndərov: Səsvermənin azad və ədalətli keçməsi üçün lazım olan bütün şərait yaradılmışdı

Bayraqdar.info – Xəbər verdiyimiz kimi aprelin 11-də Qırğızıstanda konstitusiyanın dəyişdirilməsi üçün referendum və yerli hakimiyyət orqanlarına seçkilər keçirilib. Bu səsverməni TürkPA-nın beynəlxalq müşahidəçi missiyasının tərkibində izləyən Azərbaycan Milli Məclisinin deputatı Vüqar İskəndərov bayraqdar.info-ya açıqlamasında deyib ki, ölkə üzrə 2 min 483 məntəqə fəaliyyət göstərib, yerli şuralara seçkilər 448 şəhər və kənddə keçirilib. Siyahılara səs hüququ olan 3,3 milyon seçicinin adı salınıb.

Deputatın sözlərinə görə, konstitusiya layihəsi ilə bağlı keçirilən bu referenduma prezidentin səlahiyyətlərinin artırılması, bu sistemə keçid üzrə əsas normaların müəyyənləşdirilməsi və parlamentin deputatlarının sayının 120-dən 90-a endirilməsi məsələləri çıxarılıb: “Bu gün biz Bişkekdə 10-a yaxın məntəqədə olduq. Müşahidələrimiz əsasında təəssüratlarımız müsbətdir. Seçki məntəqələri texniki təhcizat baxımından tam təmin olunmuşdu. Səsvermənin azad və ədalətli keçməsi üçün lazım olan bütün şərait yaradılmışdı”.

Əlavə edək ki, TürkPA və digər beynəlxalq müşahidə missiyalarının dəyərləndirməsi aprelin 12-nə nəzərdə tutulur.

Mission News Theme by Compete Themes.