Press "Enter" to skip to content

Azərbaycanda son bir həftənin COVID19 icmalı – ÜMİDVERİCİDİR

Bolqarıstanda müayinə olunan 2 min 230 nəfərdən 305-də koronavirus aşkarlanıb

Son yeniləmə: 11 Aprel 2021 00:41

Bayraqdar.info aprelin 4-10-u arası ölkədə COVID19-la bağlı durumu təhlil edib. Rəqəmlər toplanıb, günlərə bölünüb və ümumi durum dəyərləndirilib.

Beləliklə, aprelin 4-dək ümumi yoluxanların sayı 268 min 714 nəfər təşkil edirdisə, ayın 10-u üçün bu rəqəm 283 min 579 nəfər olub. Yəni ümumi olaraq 7 gün ərzində 14 min 865 nəfərlik artım qeydə alınıb. Bu isə o deməkdir ki, son bir həftədə ortalama gündəlik yoluxma sayı 2 min 123,6 nəfər təşkil edib.

Ümumi sağalanların sayı aprelin 4-dək 240 min 870 nəfər olub. Ayın 10-da isə bu rəqəm 249 min 13 nəfər təşkil edib. Yəni həftə ərzində sağalanların sayı 8 min 143 nəfər artıb ki, bu da gündəlik 1 min 163 nəfər deməkdir.

Qeyd olunan dövrdə aktiv xəstə sayına gəlincə, aprelin 4-dək bu rəqəm 24 min 167 nəfər olub. Aprelin 10-da isə 30 min 687 nəfər. Yəni aktiv xəstə sayı həftə ərzində 6 min 520 nəfər artmaqla gündəlik ortalaması 931,4 nəfər təşkil edib.

Ölüm saylarına gəlincə, aprelin 4-dək bu rəqəm 3 min 648 nəfər təşkil edib. Ayın 10-a isə artıq 3 min 879 nəfər olub. Həftə ərzində daha 231 nəfər olmaqla gündəlik ortalama 33 nəfər COVID19 səbəbindən dünyasını dəyişib.

Test sayına baxsaq, aprelin 4-dək olan rəqəmlərə görə, bu, ümumilikdə 2 milyon 916 min 745 nəfər təşkil edib. Aprelin 10-da isə artıq 3 milyon 5 min 197 nəfərin yoxlamadan keçdiyi bəlli olur. Bu isə o deməkdir ki, həftə ərzində 88 min 452 test keçirilib ki, bu da gündəlik 12 min 636 nəfər deməkdir.

Bunlara paralel olaraq ölkədə COVID19-a qarşı peyvəndləmə də sürətlə aparılır. Aprelin 4-dək olan bilgilərə görə, 1-ci və 2-ci mərhələ olmaqla ümumilikdə 924 min 813 doza peyvənd vurulub. Ayın 10-da isə bu rəqəm 228 min 736 vahid artaraq 1 milyon 153 min 549 doza təşkil edib. Bu isə o deməkdir ki, ortalama gündəlik 32 min 677 doza peyvənd vurulub. Bir daha qeyd edirik ki, hər iki doza ümumilikdə.

Qeyd edək ki, COVID19 əleyhinə peyvənd effektivliyin təmini üçün hər şəxsə 4 həftə arayla 2 dəfə vurulur.

Təhlil Nazirlər Kabineti yanında Operativ Qərargahın elan etdiyi gündəlik rəqəmlər əsasında aparılıb.

Bu rəqəmləri nəzərə alaraq belə ehtimal etmək olar ki, ölkədə aparılan peyvəndləmə yoluxma sayını ciddi şəkildə üstələdiyi üçün COVID19-un nəzarət altına alınacağı gün o qədər də uzaqda deyil. Hər halda önümüzdəki payız üçün orta məktəblərin normal rejimdə işə başlaya biləcəyini proqnozlaşdırmaq olar. Amma istənilən halda bu xəstəliyin heç də hər zaman proqnozlarla hesablaşmadığını da diqqətdən qaçırmayaq…

Hə, bu arada maska, məsafə, dezinfeksiya qaydalarına ciddi əməl etsək, arzuladığımız o günü daha da yaxınlaşdıra bilərik.

Mission News Theme by Compete Themes.