Press "Enter" to skip to content

Ukrayna-Türkiyə münasibətlərində yeni mərhələ başlayır

Bayraqdar.info – Aprelin 10-da Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə işçi səfər edəcək. Bu haqda xəbəri Prezidentin ofisindən veriblər.

Səfər çərçivəsində V.Zelenski Türkiyə Cümhrubaşqanı Recep Tayyip Erdoğanla görüşəcək.

İki ölkə prezidentlərinin həmsədrliyi ilə Ukrayna və Türkiyə arasında yüksək səviyyəli strateji şuranın keçiriləcəyi də gələn xəbərlər arasındadır. Eyni zamanda bir sıra sənədlərin imzalanacağı nəzərdə tutulur.

Bu arada onu da əlavə edək ki, Donbasda durumun gərginləşməsi fonunda bu səfər əlavə diqqət cəlb etməyə bilməz. Üstəlik, iki gün öncə Türkiyə Cümhurbaşqanının Rusiya Prezidenti Vladimir Putinlə telefon söhbətində Ukraynadakı durumu da müzakirə etməsi diqqətəlayiqdir. O baxımdan Ukrayna Prezidentinin bu səfərində açıqlanmayan məsələlərin də müzakirəsi şübhəsizdir.

Mission News Theme by Compete Themes.