Press "Enter" to skip to content

Türk dünyası media rəsmilərinin ortaq toplantısı keçirilib

Hikmət Hacıyev: Vətən müharibəsində Azərbaycan mediası həqiqətləri dünyaya düzgün çatdıqmaq üçün səmərəli şəkildə fəaliyyət göstərdi

Bayraqdar.info – “Türk dünyasının ortaq tarixi, dəyərləri var. Bu gün Türk Şurasının üzv ölkələrinə qarşı təxribat xarakterli informasiya hücumları olur. Buna görə də biz birgə fəaliyyət göstərməliyik. Bu baxımdan bugünkü tədbirin xüsusi əhəmiyyəti var.”

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev aprelin 10-da Bakıda keçirilən Türk Şurasının informasiya və media üzrə yüksək vəzifəli rəsmilərinin üçüncü toplantısında deyib.

Hikmət Hacıyev bildirib ki, “Vətən müharibəsində Azərbaycan mediası həqiqətləri dünyaya düzgün çatdıqmaq üçün səmərəli şəkildə fəaliyyət göstərdi. Bu məsələdə qardaş Türkiyə mediası bizimlə birgə oldu”.

Qeyd edək ki, Bakıda Türk Şurası üzv-dövlətlərinin informasiya və media üzrə məsul nazirlərinin, yüksək vəzifəli rəsmilərinin üçüncü toplantısı keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Türkiyə Prezidenti Administrasiyası Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun, Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Kayrat İmanaliyev, Özbəkistan Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjon Xojayev, Qazaxıstanın informasiya və ictimai inkişaf nazirinin müavini Asxat Oralov, Macarıstanın Xarici Əlaqələr və Ticarət Nazirliyinin təhlükəsizlik siyasəti üzrə dövlət katibi Peter Sztaray, Türk Şurasının Baş katibi Bağdad Amreyev və digər rəsmi şəxslər iştirak edirlər.

Mission News Theme by Compete Themes.