Press "Enter" to skip to content

Qırğızıstanlı nazir Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olub

Son yeniləmə: 10 Aprel 2021 18:07

Bayraqdar.info – Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Kayrat İmanaliyev Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib. Bu barədə Fonddan məlumat verilib.

Məlumatda deyilir ki, fondun prezidenti Günay Əfəndiyeva ilə Qırğızıstanlı nazir Kayrat İmanaliyev arasında görüş keçirilib. Görüşdə Fondun qurucu üzv ölkəsi olan Qırğızıstanla fond arasında mövcud əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi və genişləndirilməsi mövzusunda danışıqlar aparılıb.

Günay Əfəndiyeva görüşün əhəmiyyətindən bəhs edərək tərəfdaşlıq münasibətlərinin gələcəyi haqqında danışıb.

Nazir Kayrat İmanaliyev isə Fondun fəaliyyətini yüksək qiymətləndirərək təşkilat tərəfindən görülən işlərə, keçirilən layihələrə dəstək verəcəklərini bildirib.

Mission News Theme by Compete Themes.