Son yeniləmə: 10 Aprel 2021 18:30
Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətində (KKTC) Cenevrədə keçiriləcək 5+BM qeyri-rəsmi toplantısına hazırlıq çərçivəsində görüşlər davam edir. KKTC Cümhurbaşqanlığından verilən məlumata görə, bu çərçivədə növbəti görüş baş tutub.
Cümhurbaşqanı Ersin Tatar hazırki Xarici İşlər naziri Tahsin Ertuğruloğlu ilə yanaşı, keçmiş dönəmlərdə bu vəzifədə olmuş Kutlay Erk, Özdil Nami, Emine Çolak ve Kudret Özersay ile görüşüb. KKTC Cümhurbaşqanlığı sözcüsü Dr. Berna Çelik Doğruyol deyib ki, görüşdə Cenevrə öncəsi vəziyyət müzakirə edilib və təkiliflər dinlənilib.
Qeyd edək ki, 5+BM görüşü aprelin 27-29-da Cenevrədə keçiriləcək. Birləşmiş Millətlər Təşkilatının himayəsində keçiriləcək toplantıya KKTC və Kıbrıs rum kəsimiylə bərabər Türkiyə, Böyük Britaniya və Yunanıstan da qatılacaq.