Bayraqdar.info – Aprelin 10-da Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralı qəbul edib. Bu haqda xəbəri Prezident Administrasiyası yayıb.
“Prezident İlham Əliyev səfir Erkan Özorala Azərbaycan ilə Türkiyə arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə “Dostluq” ordeni təqdim edib”, – deyə xəbərdə bildirilir.
Əlavə edək ki, Erkan Özoral artıq Azərbaycandakı səfir vəzifəsini başa vurur. O, Ankaraya geri çağırılıb. Yaxın günlərdə yeni səfir Cahit Bağcının vəzifəsinin icrasına başlayacağı gözlənilir. Ona görə də hazırkı səfir Erkan Özoral vida görüşləri keçirir. Buna qədər o, Xarici işlər naziri Ceyhun Bayramovla da görüşmüşdü.