Press "Enter" to skip to content

Türkiyəli iş adamlarından Xaçmaza maraq

Son yeniləmə: 9 Aprel 2021 14:32

Bayraqdar.info – Türkiyənin Müstəqil Sənayeçi İş Adamları Dərnəyinin (MÜSİAD) təmsilçiləri Xaçmaz rayonuna tanışlıq səfəri edib. Bu haqda xəbəri Xaçmaz rayon icra hakimiyyəti yayıb.

Xəbərdə deyilir ki, qonaqları rayonun icra başçısı Elnur Rzayev qəbul edib. O, qonaqlara Xaçmazın iş imkanları haqqında geniş bilgi verib.

Xaçmazın geniş kənd təsərrüfatı və turizm imkanları haqqında danışan icra başçısı bölgədə bağçılığa marağın yüksək olduğunu deyib. 70 km-lik dəniz sahili zolağında yerləşməsi isə rayonun turizm üçün daha əlverişli olmasından xəbər verir.

MÜSİAD təmsilçiləri Xaçmazla yaxından tanış olub mümkün iş imkanlarını öyrənməkdə maraqlı olduqlarını deyiblər.

Görüşdə iştirak edən 56 saylı Xaçmaz kənd seçki dairəsindən deputat Sevil Mikayılova da ikitərəfli əlaqələrin vacibliyini dilə gətirib.

Mission News Theme by Compete Themes.