Bayraqdar.info – Rusiya Prezidenti Vladimir Putin Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanla telefonla danışıb. Bu haqda xəbəri Kreml yayıb.
Tərəflər geniş şəkildə COVID19-a qarşı mübarizə haqqında danışıb. Özəlliklə də Rusiya istehsalı olan “Sputnik V” peyvəndinin Türkiyəyə satılması, eyni zamanda onun Türkiyədə istehsalı imkanları müzakirə edilib.
Bundan başqa Liviyadakı durum da müzakirə mövzusu olub. Həmin ölkədə vəziyyətin sabitləşdirilməsi üçün birlikdə görüləcək işlər haqqında fikir mübadiləsi aparılıb.
Eyni qaydada Suriyadakı durum da müzakirə mövzusu olub.
Türkiyə Cümhurbaşqanının istəyi ilə Ukraynadakı durum haqqında da fikir mübadiləsi aparılıb. Rusiya məsələylə bağlı öz mövqeyi haqqında məlumat verib.
Daha sonra Qarabağdakı fəaliyyət ətrafında fikirlərə yer verilib. V.Putin R.T.Erdoğana bugünlərdə Azərbaycan və Ermənistan liderləri ilə əlaqələri haqqında məlumat verib. Eyni zamanda nəqliyyat imkanlarının bərpası istiqamətində fikirlərini bildirib.
Rusiya tərəfi Türkiyənin planlaşdırdığı İstanbul kanalı ilə bağlı da müsbət mövqeyini ifadə edib.
Bir daha qeyd edirik ki, bu, Kremlin yaydığı xəbərdir.