Press "Enter" to skip to content

Misir Süveyş kanalında saya oturmuş gəmidən təzminat tələb edir

Son yeniləmə: 9 Aprel 2021 09:11

Bayraqdar.info – Bit müddət öncə 6 gün ərzində Süveyşdə saya oturaraq hərəkəti büsbütün iflic etmiş “Ever Given” gəmisi artıq xilas edilsə də kanal administrasiyası onu buraxmaq fikrində deyil.

Bu fikirləri Bloomberg yayıb.

Nəşrin yazdığına görə, kanal administrasiyasının nümayəndəsi Osama Rabi bildirib ki, təzminatla bağlı razılıq əldə edildikdən dərhal sonra gəmi azad buraxılacaq.

“Gəmi hazırdır. Biz təzminatla bağlı razılığa gələn kimi o yoluna davam edəcək və məsələ də qapanacaq”, – deyə Osama Rabi bildirib.

Təzminatın məbləğinə gəlincə, Süveyş kanal administrasiyası hərəkətin dayanmasının hər gününə 15 milyon dollar olmaqla 6 gün üçün 90 milyon dollar, əlavə olaraq gəminin xilas edilmə xərclərini tələb edir.

Hələlik “Ever Given” gəmisinin sahibi olan “EverGreen” şirkətindən məsələylə bağlı açıqlama yoxdur. Şirkətin olayla bağlı sonuncu açıqlaması martın 29-da gəminin xilasını elan etməklə bağlıdır.

Mission News Theme by Compete Themes.