Bayraqdar.info – Türkiyə Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, qurum aprelin 8-də İtaliyanın səfiri Massimo Gayanini təcili dəvət edərək ona ölkəsinin Baş nazirinin davranışından dolayı öz etirazını ifadə edib.
“Nazir müavini və AB Başqanı Faruk Kaymakcı tərəfindən səfirə vəzifəyə təyinatla gəlmiş İtaliya Baş nazirinin Avropada ən yüksək səs dəstəyilə seçilmiş bir lider olan Sayın Cümhurbaşqanımıza yönəlik sözlərini şiddətlə qınadığımız, Türkiyə-İtaliya dostluğu və müttəfiqliyi ilə bir araya sığdıramadığımız bu hədsiz və çirkin ifadələrin dərhal geri alınmasını gözlədiyimiz vurğulanmşıdır”, – deyə Türkiyə XİN bildirib.
“Səfirə Avropa Birliyi qonaqlarının Türkiyəyə gerçəkləşdirilən ziyarətləri ilə bağlı protokol tələbləri haqqında bilgi sahibi olmadan verilən açıqlamaların qəbuledilməz olduğu, Türkiyənin qonaqsevərliyini də heç kimin sorğulama haqqının olmadığı, ölkənin AB içindəki anlamsız və pis niyyətli müzakirələrə tərəf olmayacağı, Türkiyə-AB olumlu gündəmini baltalamağa yönəlik cəhdləri mənasız sandığımız da bildirilib”, – deyə açıqlamada qeyd edilir.
Qeyd edək ki, İtaliya Baş naziri Mario Dragi Ankarada səfərdə olan AB nümayəndə heyəti tərkibində Recep Tayyip Erdoğanla görüşdə Avropa Komissiyasının rəhbəri Ursula von der Layenin ayaqda qalmasını qınayıb və bunun üzərindən hərəkət edərək Türkiyə Cümhurbaşqanını “diktator” adlandırıb.
İtaliya Baş nazirinin həddini aşan fikrinə Türkiyə Xarici işlər naziri Mevlüt Çavuşoğlu da sərt münasibət bildirib. O, tvitter hesabında yazıb: “Təyin edilmiş İtaliya Baş naziri Draginin qəbuledilməz populist söyləmini və seçimlə görəvə gəlmiş Cümhurbaşqanımız haqqındakı çirkin və hədsiz ifadələrini qüvvətlə qınayır, şəxsinə qaytarırıq”.
Atanmış İtalya Başbakanı Draghi’nin kabul edilemez popülist söylemini ve seçimle göreve gelmiş Cumhurbaşkanımız hakkındaki çirkin ve hadsiz ifadelerini kuvvetle kınıyor, kendisine iade ediyoruz.
— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) April 8, 2021
Onu da əlavə edək ki, Avropa Komissiyası başqanının görüşdə ayaqda qalmasına görə Türkiyə tərəfi günahkar deyil. Çünki nümayəndə heyətinə Avropa Birliyi Şurasının başqanı Şarl Mişel başçılıq edib, ona uyğun yer ayrılıb və Türkiyə Cümhurbaşqanıyla birlikdə – sinxron olaraq yerlərinə keçərək əyləşiblər. Bu zaman nümayəndə heyətinin tərkibində olan Ursula von der Layen çox güman ki, özünün naşılığı üzündən bir qədər duruxub, lakin sonra keçib onun üçün nəzərdə tutulan yerdə əyləşib. Bu görüntülər geniş yayımlanıb, protokoldan anlayışı olmayanlar da fürsətkən Türkiyə Cümhurbaşqanını qınamağa girişiblər. Nə yazıq ki, belələri arasında İtaliya kimi qocaman bir dövlətin baş naziri də yer alıb…