Press "Enter" to skip to content

Ceyhun Bayramov Türk Keneşinin baş katibi ilə görüşüb

Bayraqdar.info – Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, aprelin 9-da nazir Ceyhun Bayramov Türk Keneşinin baş katibi Bağdad Amreyevlə görüşüb.

Görüşdə nazir 31 martda türk dövlət başçılarının çevrimiçi Zirvə görüşü haqqında danışaraq onun uğurunu qeyd edib.

Öz növbəsində Başdad Amreyev sözügedən görüşün Qazaxıstanın Türküstan şəhərində keçirilməli olduğu halda pandemiya səbəbindən çevrimiçi keçirildiyini, bununla belə türk dövlətləri arasında həmrəyliyə əlavə qatqı təmin etdiyini deyib.

“Türk Şurasının Bakıda keçirilən informasiya və media üzrə məsul nazirləri və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısına istinad edən Baş katib, bu sahədə üzv ölkələrin əməkdaşlğının genişləndirilməsinin əhəmiyyətini vurğuladı. Tərəflər, həmçinin Türk Şurası çərçivəsində müxtəlif sahələrdə həyata keçirilməsi planlaşdırılan tədbirlər, təşkilatın qarşıdan gələn İstanbul Zirvə görüşünə hazırlıq və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardılar”, – deyə Nazirliyin xəbərində bildirilir.

Mission News Theme by Compete Themes.