Press "Enter" to skip to content

Bakıda ortaq türk xəbər kanalının qurulması müzakirə ediləcək

Bayraqdar.info – Türk Keneşi ölkələrinin media və informasiyadan sorumlu rəsmilərinin toplantısı aprelin 10-da Bakıda keçiriləcək.

Bu haqda xəbəri Türkiyə Cümhurbaşqanlığından veriblər.

Türkiyə heyəti Cümhurbaşqanlığı İlətişim başqanı Fahrettin Altunun başqanlığında ölkənin Azərbaycandakı səfiri Erkan Özoral və Anadolu Agentliyinin baş müdiri Serdar Karagözdən ibarət olacaq.

Toplantıya Azərbaycanla Türkiyədən başqa Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Macarıstanın rəsmiləri qatılacaq.

Açılışda Türk Keneşi Baş katibi Bağdad Amreyev, ardından da Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin çıxışı olacaq.

Bildirilir ki, toplantıda Türk dövlətləri arasında media sahəsində işbirliyinin dərinləşdirilməsi ilə bağlı müzakirələr aparılacaq. Beynəlxalq türk xəbər kanalının qurulması da müzakirə mövzusu olacaq.

Mission News Theme by Compete Themes.