Press "Enter" to skip to content

Avropanın ən qədim ölkəsində jurnalist öldürüldü

Son yeniləmə: 10 Aprel 2021 18:53

Bayraqdar.info – Bu gün günorta saatlarında Yunanıstanın Star TV kanalının müxbiri Giorgos Karaivaz Afinadakı evinin qarşısında öldürülüb. Bu haqda xəbəri Vyana mərkəzli Beynəlxalq Mətbuat İnstitutu yayıb.

Qurumdan verilən xəbərdə deyilir ki, jurnalist növbədən qayıdıb evinin önündə maşından enərkən mopedlə yaxınlaşan iki nəfər ona odlu silahdan atəş açıb. Ümumilikdə altı güllə vurulan jurnalistin həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerindən 20-dək boş giliz aşkar edilib.

Giorgos Karaivaz Yunanıstanın məşhur jurnalistlərindən biridir. O, son vaxtlar Star TV-də cinayət əməllərini işıqlandırmasıyla gündəmdə olub. Ehtimal edilir ki, öldürülməsi də məzh bununla bağlı ola bilər.

Hazırda yunan polisi mümkün şübhəlilərin axtarışını aparır.

Avropa Birliyinin üzvü olan Yunanıstanda günün günorta çağı belə bir hadisənin baş verməsi bütün dünyada heyrətlə qarşılanıb.

Mission News Theme by Compete Themes.