Press "Enter" to skip to content

Vladimir Putin Nikol Paşinyanla görüşün ardından İlham Əliyevə zəng etdi

Vladimir Putin və İlham Əliyev

Son yeniləmə: 8 Aprel 2021 22:39

Bayraqdar.info – “Aprelin 8-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.”

Bu haqda xəbəri Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.

“Telefon söhbəti zamanı Dağlıq Qarabağ ətrafında vəziyyət, Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlarına müvafiq olaraq vəziyyətin daha da sabitləşdirilməsinin müzakirəsi davam etdirilib. Söhbət zamanı xüsusi olaraq sülhün, təhlükəsizliyin və regionun davamlı sosial-iqtisadi inkişafının təmin olunması, həmçinin nəqliyyat kommunikasiyalarının bərpası üzrə işin gedişi ətraflı şəkildə nəzərdən keçirilib. Bu baxımdan aprelin 7-də Moskvada Rusiya-Ermənistan yüksək səviyyəli görüşünün yekunları nəzərə alınıb. Müxtəlif formatlarda təmasların fəallaşdırılması qərara alınıb”, – deyə xəbərdə deyilir.

Xatırladaq ki, aprelin 7-də Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvaya səfər edərək Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Təhlilçilər bu görüşün Ermənistan tərəfi üçün verimli olmadığını bildirir.

Mission News Theme by Compete Themes.