Press "Enter" to skip to content

Türkiyə Kıbrısda infrastruktur qurmaq üçün hər cür dəstəyi göstərir

Son yeniləmə: 8 Aprel 2021 11:26

Bayraqdar.info – Türkiyənin vitse-prezidenti Fuad Oktay KKTC-də istehsalı gücləndirmək istədiklərini bildirib. KKTC-nin Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, Anadolu Agentliyini ziyarəti zamanı verdiyi açıqlamada vitse-prezident “Bir tərəfdə siyasi danışıqlar davam edərkən, digər tərəfdə iqtisadi inkişafı daha da genişləndirmək üçün ciddi layihələri reallaşdırmaq niyyətindəyik”, – deyib.

Fuad Oktay Türkiyənin Kıbrısda da yerli istehsal infrastrukturunu qurmaq istədiyini dilə gətirib. Onun sözlərinə görə, təhsil və turizm infrastruktru COVID19 səbəbi ilə çətinliklərə tuş gələn Kıbrısda alternativ ola biləcək xidmət sektoru və eyni zamanda sənayenin inkişafına nail olunacaq. Bununla da Kıbrıs beynəlxalq miqyasda haqq etdiyi yeri alacaq.

Açıqlamasında KKTC-nin müstəqil bir dövlət olduğunu deyən Oktay, adanın gələcəyi ilə bağlı 27-29 apreldə Cenevrədə keçirilicək toplantıda da Türkiyənin mövqeyinin açıq olduğunu xatırladıb.

Mission News Theme by Compete Themes.