Press "Enter" to skip to content

Qırğızıstan deputatların sayını azaldır

Son yeniləmə: 8 Aprel 2021 11:33

Bayraqdar.info – Önümüzdəki Bazar günü Qırğızıstanda ümumxalq səsverməsi-referendum keçiriləcək. Referendumun keçirilməsində məqsəd ölkənin Əsas Qanununa – Konstitusiyaya dəyişikliklər edilməsidir. Referenduma Qırğızıstanın prezident idarəçiliyinə keçirilməsi və deputatların sayının 120-dən 90-a endirilməsi məsələləri çıxarılacaq. Xatırladaq ki, indiyədək Qırğızıstanda parlament-prezident idarəçilik forması hökm sürüb və ötən müddət ərzində bu Orta Asiya respublikasında bir-birini əvəz edən çevrilişlər baş verib. Müşahidəçilərin qənaətinə görə, bu dəyişikliklər Qırğızıstanda ənənəvi çevrilişlərə son qoya bilər.

Onu da bildirmək yerinə düşər ki, referendumu Azərbaycan da daxil olmaqla, Müstəqil Dövlətlər Birliyi və bir sıra Avropa ölkələrinin, həmçinin beynəlxalq təşkilatların təmsilçiləri izləyəcəklər. O cümlədən deputat Vüqar İskəndərov TÜRKPA Beynəlxalq Müşahidəçilər Missiyasının tərkibində Qırğızıstanda Konstitusiyanın dəyişdirilməsi üçün aprelin 11-də keçiriləcək ümumxalq səsverməsinə hazırlıq işləri ilə yaxından tanış olacaq, seçki günü səsvermə prosesini müşahidə edəcək. Bu barədə məlumat verən Vüqar İskəndərov deyib ki, səfər aprelin 14-də başa çatacaq.

Mission News Theme by Compete Themes.