Press "Enter" to skip to content

Azərbaycanda “Qazax ədəbiyyatı” həftəliyi başlayıb

Son yeniləmə: 8 Aprel 2021 10:42

Bayraqdar.info – Bu haqda xəbəri “Egemen Qazaqstan” qəzeti yayıb. Məlumata görə, həftəlik Qazaxıstanın müstəqilliyinin 30 illiyi tədbirləri çərçivəsində keçirilir.

Xəbərdə deyilir ki, Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Əbdikərimov AMEA Mərkəzi Elmi Kitabxanasını ziyarət edib, burada direktor Məmməd Əliyevlə görüşüb.

Tərəflər aprelin 7-dən 14-dək davam edəcək “Qazax ədəbiyyatı” həftəliyinin açılışını gerçəkləşdiriblər. Açılışda çıxış edən MEK direktoru bu tədbirin iki ölkə arasında mədəni və elmi əlaqələrin inkişafına faydasından danışıb.

Səfir Serjan Əbdikərimov isə iki ölkə gənclərinin gələcəyi üçün bilgi, kitab və elmin əhəmiyyətindən danışıb.

Tərəflər qeyd olunan sahədə iki ölkə arasında işbirliyini möhkəmləndirmək qərarına gəliblər.

Mission News Theme by Compete Themes.