Bayraqdar.info – “Aprelin 7-də Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası tərəfindən hotelçilik sənayesinin nümayəndələri üçün prioritet bazarlardan olan turistlərin hotelçilik sənayesindən gözləntiləri barəsində vebinar təşkil olunub. Vebinarda sənaye nümayəndələrinə Avropa, MDB, Yaxın Şərq regionlarından, Çin və Hindistandan olan turistlərin səyahət və təhlükəsizlik qaydaları ilə bağlı tələbləri və gözləntiləri barəsində məlumat verilib.”
Bu məlumat Dövlət Turizm Agentliyindən daxil olan xəbərdə yer alıb. Xəbərdə o da bildirilir ki, vebinarda regionlarda pandemiya ilə bağlı durum, peyvəndləmə, hava limanlarından istifadə, təhlükəsiz turizm mənzilləri barədə fikirlərə yer verilib.
İştirakçılar “Azərbaycan Turizm Bürosu tərəfindən pandemiya dövründə aparılan onlayn marketinq və təbliğat siyasəti, postpandemiya dövrünə hazırlıq tədbirləri barəsində məlumatlandırılıblar”, – deyə xəbərdə bildirilir.
Maraq nəzərə alınaraq belə tədbirlərin davam etdirilməsinə qərar verilib.