Son yeniləmə: 7 Aprel 2021 15:47
Bayraqdar.info – “Rum yönətimi ilə təbliğat orqanları xalqımızın milli dəyərlərini, milli liderlərini, Türk Müqavimət Təşkilatını, Ana Vətən Türkiyəni hədəf alarkən, “beşinci kolon” fəaliyyətlərini həyata keçirənlər də eyni məqsədlə və eyni istiqamətdə hərəkət edərək fəaliyyətə keçiblər.”
Bunu Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar Kıbrıs türkünün azadlıq və müstəqillik mübarizəsinin lideri Dr. Fazıl Küçükə qarşı edilən çirkin və haqsız hücumlara münasibəıt bildirərkən deyib. Olayı kəskin şəkildə qınayan Ersin Tatar bu cür hücumların Kıbrıs məsələsi ilə əlaqədar Cenevrədə keçiriləcək qeyri-rəsmi toplantı öncəsi olmasını təsadüfi saymayıb. O, bu çirkin hərəkətlərə hüquq çərçivəsində cavab veriləcəyini bəyan edib.
KKTC-nin Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, Ersin Tatar bu cür çirkin hərəkətlərin Kıbrıs türk xalqı ilə Ana Vətən arasındakı sarsılmaz bağları da hədəf aldığını deyib. Bəlli çevrələr tərəfindən bəzi qəzetlərdə və sosial şəbəkələrdə Qurucu Cümhurbaşqanı Rauf R. Denktaşa qarşı hücumların yer aldığını, azadlıq və müstəqillik mübarizəsinin lideri Dr. Fazıl Küçükə qarşı da çox çirkin və səviyyəsiz hücumların gündəmə gətirildiyini qeyd edən E.Tatar “bu hücumların hansı məqsədlə edildiyini çox yaxşı bilirik”, – deyə, əlavə edib.
Ersin Tatarın açıqlamasında bu fikirlər də öz əksini tapıb: “Kıbrıs Türk xalqının ruma kölə olmaması, azadlığını və müstəqilliyini qazanmaq uğrunda apardığı mübarizəyə 1940-cı illərdən etibarən öndərlik edən və bu məsələdə böyük xidmətlər göstərən Dr. Fazıl Küçük son nəfəsinə qədər mücadələyə davam etmişdir. Atatürk prinsiplərindən ilham alan və “Kıbrıs məsələsi Türkiyəsiz həll edilə bilməz” deyərək həyatı boyu mücadilə edən Dr. Fazıl Küçükə həqarət etmək kimsənin həddi deyil. Bəzi insanlar tərəfindən edilən bu hərəkətlər Kıbrıs türk xalqına edilmiş həqarətlər səviyyəsindədir. Buna seyirçi qalacaq deyiləm. Dr. Fazıl Küçükə yönəlmiş bu çirkin və səviyyəsiz hücumları qətiyyətlə qınayır, lazım olan hüquqi addımların atılacağını və məsələnin təqibçisi olacağımı bildirirəm”.