Press "Enter" to skip to content

Ankarada daha 51 FETÖ yanlısı saxlanıldı

Son yeniləmə: 7 Aprel 2021 11:37

Bayraqdar.info – Ankara Baş Prokurorluğu FETÖ-nün mülki idarə yapılanması ilə bağlı araşdırma nəticəsində 37 keçmiş mülki idarə rəhbəri ilə 14 “məhrəm imam” haqqında həbs qərarı verib. Bu barədə Ankara Baş Prokurorluğuna istinadən Anadolu Agentliyi məlumat yayıb.

“Baş Prokurorluqdan verilən açıqlamaya görə, FETÖ-nün mülki idarə yapılanmasına qarşı aparılan araşdırma nəticəsində sübhəli keçmiş mülki idarə rəhbərlərinin sabit xətlər vasitəsilə terror təşkilatının imamları ilə əlaqə qurduqları müəyyən edilib. Bu günə qədər aparılan araşdırma nəticəsində Ankara mərkəz olmaqla 22 ayrı vilayətdə terror təşkilatının üzvü olduqlarına dair şübhələr olan 37 keçmiş mülki idarə rəhbəri ilə 14 “məhrəm imam” haqqında həbs qərarı verilib”, – deyə məlumatda qeyd olunur.

Mission News Theme by Compete Themes.