Press "Enter" to skip to content

AFFA cərimə ardınca cərimə dedi

Son yeniləmə: 7 Aprel 2021 13:43

Bayraqdar.info – Aprelin 6-da AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Bu barədə qurumdan məlumat verilib.

Aparılan müzakirələrdən sonra birinci divizionun 19-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

Turan Tovuz – Qarabağ-2 oyununda Turan Tovuzun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Həmçinin, bu oyunda meydança əsasnaməyə uyğun olaraq sulanmadığı üçün meydan sahibi olan klub 80 manat cərimə edilib.

Sabah-2 – Zaqatala oyununda Sabahın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cəriməyə məruz qalıb. Oyundan öncə stadion nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi və iclas gec başlandığı üçün meydan sahibi klub 80 manat cərimə ödəyəcək.

Sabahın futbolçusu Abdulla Xaibulayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, onun klubu 20 manat cərimə olunub.

Zaqatalanın ehtiyat oyunçuları və texniki heyəti texniki zonada maskadan istifadə qaydalarını pozduğu üçün klub 80 manat cərimə edilib.

Qaradağ Lökbatan – Keşlə-2 oyununda Keşlənin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

Mission News Theme by Compete Themes.