Press "Enter" to skip to content

Əmək bazarının təhlilinə həsr edilmiş konfrans

Bayraqdar.info – Aprelin 7-də Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “Əmək bazarında işçi qüvvəsinə olan tələb və təklifin, eyni zamanda prioritet peşə ixtisaslarının müəyyən edilməsi” mövzusunda videokonfrans təşkil edilib.

Təhsil Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, “konfransda Dövlət Məşğulluq Agentliyinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Peşə təhsil müəssisələrinin və 50-dən çox işəgötürən nümayəndələri iştirak edib”.

“Konfransda işəgötürənlərin kadr ehtiyacları, müvafiq peşə sahələri üzrə peşəkar işçilərin cəlb olunmasında yaranan problemlər və cari ildə qiymətləndirilməsi və tanınması həyata keçiriləcək prioritet peşə ixtisasları müzakirə olunub. Əlavə olaraq, Agentlik tərəfindən əmək bazarının təhlilinə dair keçirilmiş sorğunun nəticələri əsasında hazırlanmış hesabat iştirakçılara təqdim edilib”, – deyə nazirliyin məlumatında deyilir.

Bildirilir ki, konfrans əsnasında tədqiqatçılar və peşə təhsili sahəsində çalışan digər maraqlı şəxslər əlaqəli mövzularda fikir mübadiləsi apararaq işəgötürənlərin təkliflərini dinləyib və açıq suallarını cavablandırıb.

“Qeyd edək ki, əmək bazarında işçi qüvvəsinə olan tələb və təklifin öyrənilməsi məqsədi ilə aparılan sorğu aprel ayının sonunadək davam edəcək. TKTA sahibkarları sorğuda iştirak etməyə dəvət edir”, – deyə nazirlik bildirir.

Mission News Theme by Compete Themes.