Press "Enter" to skip to content

ÜST-ün baş direktoru COVID19-u yenmək üçün daha fəal olmağa çağırdı – VİDEO

Bayraqdar.info – Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Gebreyesus Beynəlxalq İdman Günü münasibətilə video-müraciət yayımlayıb.

Baş direktor öz müraciətində bildirib ki, COVID19-a qalib gəlmək üçün daha çox hərəkətdə olmaq lazımdır.

“Bu gün Beynəlxalq İdman Günüdür. Biz COVID19-la mücadilə aparmaqdaykən ölkələri, şəhərləri, icmaları və fərdləri fiziki fəallığı və idmanı, təhlükəsiz qalmaq üçün tədbirləri inkar etməməməyə çağırırıq. Yalnız birlikdə, bir komanda kimi biz xoşladığımız məsələlərə – sevdiyimiz idmanla məşğul olub onları izləməyə – geri dönə bilərik”, – deyə ÜST-ün baş direktoru bildirib.

Tedros Adhanom Gebreyesus müraciətini “Biz birlikdə sağlam, ədalətli və güvənli bir dünya quruculuğunu bərpa edə bilərik”, – sözlərilə bitirib.

Mission News Theme by Compete Themes.