Press "Enter" to skip to content

Ukrayna Prezidenti Böyük Britaniya Baş naziri ilə Donbası müzakirə edib

Son yeniləmə: 6 Aprel 2021 10:23

Bu haqda məlumat bayraqdar.info-ya Ukrayna Prezidenti Volodimir Zelenskinin administrasiyasından daxil olub.

Qatarda səfərdə olan Volodimir Zelenski aprelin 5-də Böyük Britaniyanın Baş naziri Boris Consonla telefon söhbəti edib. Bu söhbət zamanı Donbas bölgəsində təhlükəsizlik məsələsi müzakirə edilib.

Ukrayna dövlət başçısı Baş nazir B.Consona Donbasda vəziyyətin gərginləşməsi, Rusiyanın sərhəd boyu hərbi heyətini artırması, eyni zamanda bu ölkənin Minsk razılaşmalarına əngəl olması haqda məlumat verib.

“Rusiyanın hazırkı davranışları Ukraynanın, NATO üzv-dövlətlərinin və bütövlükdə Avropanın təhlükəsizliyini ciddi şəkildə təhdid edir”, – deyə V.Zelenski bildirib. O, eyni zamanda B.Consonu tərəfdaş dövlətlərlə birlikdə bölgədə daha güclü mövqelənməyə və Rusiyaya qarşı yasaqları gücləndirməyə çağırıb.

V.Zelenski B.Consona təşəkkür də edib: “Biz Ukraynanın yalqız olmadığını hiss edirik. G7 ölkələri bizi dəstəkləyir”.

Tərəflər Ukrayna dəniz qüvvətlərinin möhkəmləndirilməsi məsələsinə də ayrıca diqqət yetiriblər.

Ukrayna Prezidenti ölkəsinin NATO istiqamətində qətiyyətlə irəlilədiyini bir daha vurğulayıb.

V.Zelenski B.Consonu bu il avqustun 23-də Kiyevdə keçiriləcək Krım Platformasının zirvə görüşünə də dəvət edib.

Mission News Theme by Compete Themes.