Son yeniləmə: 6 Aprel 2021 10:55
Bayraqdar.info – Aprelin 5-də Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan “Türkiyə Cümhuriyyəti Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında müdafiə sənayesi işbirliyi Anlaşması”nın qüvvəyə minməsini təsdiqləyən sənədi imzalayıb.
Bu haqda uyğun elan Türkiyənin “Resmi Gazete”sində yayımlanıb.
Əlavə edək ki, bu Anlaşmanı Azərbaycan Prezidenti İlham Əliyev 23 fevral 2018-ci ildə imzalayıb. Türkiyə tərəfinin də imzalamasıyla Anlaşma tam şəkildə qüvvəyə minmiş olur.
Xatırladaq ki, sözügedən Anlaşma 2017-ci il oktyabrın 31-də Bakı şəhərində imzalanıb: Azərbaycan Respublikası adından Müdafiə naziri Zakir Həsənov, Türkiyə Cümhuriyyəti adından o vaxtkı Milli müdafiə naziri Nureddin Canikli tərəfindən.