Press "Enter" to skip to content

Türk Keneşinin Baş katibi Qırğızıstan səfirini qəbul edib

Bayraqdar.info – Türk Keneşindən verilən xəbərə görə, qurumun baş katibi Bağdad Amreyev Qırğızıstanın Türkiyədəki səfiri Kubanıçbek Ömürəliyevi qəbul edib.

Keneşin İstanbuldakı yeni binasında keçirilən qəbulda Qırğızıstan səfiri qurumun üzv-dövlətlərilə ölkəsi arasındakı siyasi, iqtisadi və ticari əlaqələrin inkişafı haqqında danışıb.

Səfir, Türk Keneşinin yeni bir dönəmə girdiyini vurğulayıb. O, 31 mart 2021-ci ildə keçirilmiş çevrimiçi zirvə görüşünün önəmindən danışıb.

Bağdad Amreyev də öz növbəsində Qırğızıstanın Türk Keneşi çərçivəsində inkişafa verdiyi yaxın dəstək üçün təşəkkürünü bildirib.

Baş katib qurumun gündəmindəki son məsələlərlə bərabər onun iqtisadi, ticari və yatırım sahəsində davam edən təşəbbüsləri haqqında səfirə bilgi verib. Bağdad Amreyev ortaq maliyyə qurumlarının qurulması məsələsinə diqqət çəkib.

Türk dünyası üçün görülən ortaq işlərə görə bir-birinə təşəkkür edən tərəflər beynəlxalq və bölgə məsələləri ilə bağlı da fikir mübadiləsi ediblər.

Mission News Theme by Compete Themes.