Son yeniləmə: 6 Aprel 2021 15:33
Bayraqdar.info – “Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri ilə onlayn görüş keçirilib.”
Bu haqda xəbəri qurumdan veriblər.
Görüşdə BŞTİ-nin rəhbəri Mehriban Vəliyeva ilə yanaşı qurumun uyğun bölmə rəhbərləri də iştirak edib.
BŞTİ rəhbəri öz çıxışında distant təhsilin təşkili, COVID19-a qarşı peyvəndləmə, məktəblərin xarici təmaslarının tənzimlənməsi, məktəbə qəbul prosesi məsələləri haqqında danışıb. O, eyni zamanda “Ən yaxşı təqdimat” və “Onlayn dərs” müsabiqələrinin gedişi, “istedadlı şagirdlər üçün təşkil olunacaq fənn müsabiqələri, IX sinif şagirdləri üçün keçiriləcək sınaq imtahanları” barədə fikirlərini bölüşüb.
BŞTİ rəhbəri peyvəndləməyə daha məsuliyyətlə yanaşmağa çağırış edib. O, qeyd edib ki, “ənənəvi tədrisi bərpa etməyin ən vacib prioritetlərindən biri təhsil işçilərinin vaksinasiyasıdır”.
Məktəb direktorlarını maraqlandıran suallara aydınlığın da gətirildiyi görüşdə M.Vəliyeva Təhsil Nazirliyi tərəfindən “Virtual məktəb” layihəsində səmərəli fəaliyyətinə görə “Təşəkkürnamə” ilə təltif edilən müəllimlərə təbrikini çatdırıb.