Bayraqdar.info – Gagauziya Başkanı İrina Vlah Komratda Türkiyənin Moldovadakı səfiri Gürol Sökmensüeri qəbul edib. Bu haqda xəbəri Gagauziya başqanının administrasiyası yayıb. Xanım İ.Vlah səfirlə birlikdə Komrat şəhərindəki idman kompleksinin tikinti işlərini nəzərdən keçirib.
Kompleks Türkiyənin maliyyə yardımıyla tikilməkdədir. Artıq tikinti işləri sona çatmaq üzrədir. Demək olar ki, futbolçuların rahat bir şəkildə oyun keçirməsi üçün şərait yaradılıb. Hazırda tribunaların altındakı otaqlarda iç işləri görülməkdədir. Lap sonda basketbol, voleybol və mini futbol üçün iç idman salonu da quraşdırılacaq.
Gagauziya başqanı səfirə bildirib ki, Nazirlər Kabineti idman kompleksinin elektrik, su, kanalizasiya və qaz məsələlərini də həll edib.
Stadionda olarkən tərəflər açılış mərasimi haqqında da fikir mübadiləsi aparıblar. Mərasimin bu ilin may ayına planlaşdırıldığı bildirilir.
Başqanla səfir həm də Recep Tayyip Erdoğan adına Sənaye Kollecinin tikintisi üçün nəzərdə tutulmuş yerə də baş çəkibilər. Kollec üçün 5 hektarlıq ərazi ayrılıb və tikinti işlərinin başlanması üçün hazırlıqlar tamamlanıb.