Press "Enter" to skip to content

Bolqar sosialistlərinin COVID19 ümidləri boşa çıxdı

Son yeniləmə: 6 Aprel 2021 12:14

Bayraqdar.info – Bolqarıstanda aprelin 4-də keçirilmiş seçkilərin rəsmi olmayan nəticələrinə əsasən heç bir partiya təkbaşına hökumət qura bilməyəcək. Belə ki, “Alpha Research” və “Gallup International” şirkətlərinin seçki məntəqələrində səsvermə sonrası keçirdikləri rəy sorğusuna əsasən Baş nazir Boyko Borisovun lideri olduğu “Bolqarıstanın Avropa Yolu ilə İnkişafı Uğrunda Vətəndaş Hərəkatı” Partiyası (GERB) ön sırada olsa da parlament çoxluğunu qazana bilməyib. Rəy sorğusuna əsasən seçicilərin 25,2 faiz səsini alan GERB 240 yerlik parlamentdə 69 mandata sahib olacaq.

30 siyasi partiya və koalisiyadan ümumilkdə 6985 namizədin mübarizə apardığı, 47,5 fazi seçicinin səsvermədə iştirak etdiyi bu seçkilərin böyük sürprizi isə populyar şoumen Slavi Trifonovun “Belə Bir Xalq Var” (ITN) adlı partiyasının 17,1 faiz səs alaraq parlamentdə 47 mandata sahib olmasıdır.

2017-ci ildə keçirilmiş parlament seçkilərindən sonra ana müxalifət partiyası olan Rusiyapərəst Bolqarıstan Sosialist Partiyası (BSP) isə 4 aprel seçkilərində ciddi səs itkisinə məruz qalıb. Belə ki, COVID19 infeksiyasının davam etdiyi bir dönəmdə bu xəstəlikdən ən çox əziyyət çəkən yaşlı seçicilərin dəstəyini qazanacağına ümid edən bolqar sosialistlərinin xəyalları daşa dəyib. Seçicilərin cəmi 15,7 faiz səsini alan BSP yeni parlamentdə 43 yerə sahib olacaq.

Üzvlərinin çoxu türklər olan Haq və Özgürlüklər Hərakatı (HÖH) isə 10,7 faiz səs alaraq dördüncü sırada qərarlaşıb. HÖH yeni dönəmdə məclisdə 30 millət vəkilinə sahib olacaq.

Borisovun keçmiş hökumətlərindən birində ədliyyə naziri olmuş Xristo İvanovun yaratdığı və Borisova qarşı aksiyalarda xüsusi fəallıq göstərən sağçı Demokratik Bolgarıstan (DB) səslərin 9,9 fazini əldə edərək beşinci sırada qərarlaşıb. DB parlamentdə 27 millət vəkili ilə təmsil olunacaq.

BSP-nin keçmiş millət vəkillərindən Maya Manolovanın qurduğu və sol kəsimin dəstəyini alan “Ayağa Qalx! Quldurlar Dışarı!” (ISMV) adlı siyasi təşkilat isə 4,6 faiz səs alaraq 13 mandat əldə edib.

Mərkəzi Seçki Komissiyasının anket sorğularına əsasən səslərin 4 fazini alan irqçı və radikal millətçi VMRO (Iç Makedoniya – Ədirnə İxtilal Örgütü) adlı partiya 11 mandat qazanıb.

Müşahidəçilərin fikrincə rəsmi nəticələr də bu cür olacağı təqdirdə Bolqarıstanda hökumət kolasiyası qurmaq çərtin olacaq. Çünki tələb olunan 4 faizlik həddi keçən 7 partiyanın heç biri hökumət qurmaq üçün lazım olan 121 millət vəkilinə sahib deyil.

Onu da xatırladaq ki, Bolqarıstanda bundan öncəki parlament seçkiləri 2017-ci il martın 26-da keçirilib. O zaman səslərin 33 faizini hakim partiya qazanıb. Sosialist partiyası isə ikinci olub.

Mission News Theme by Compete Themes.