Press "Enter" to skip to content

Azərbaycanda 205 jurnalist COVID-19-a yoluxub, ölənlər var

Son yeniləmə: 10 Yanvar 2022 22:35

Bayraqdar.info – Bu haqda məlumatı Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli yayıb. O, eyni zamanda qeyd edib ki, COVID19-a yoluxmuş jurnalistlərdən 10 nəfəri dünyasını dəyişib.

Qurumun rəhbəri bununla bağlı yaydığı məlumatda deyir: “Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) apardığı monitorinqin nəticələrinə görə, pandemiya başlayandan bu günə qədər Azərbaycanda 205 nəfər jurnalist COVID19-a yoluxub, 10 nəfər həmkarımız isə həyatını itirib. Yoluxanlardan 57 nəfəri son dalğanın dövrünə düşür, fevral-aprel ayları aralığını əhatə edir. Bu da media işçiləri arasında yoluxmanın ötən dövrlərlə müqayisədə intensivliyini göstərir”.

JuHİ sədri bildirib ki, siyahı mediada dərc edilən və ya sosial şəbəkələrdə paylaşılan məlumatlar əsasında hazırlanıb. Bu bilgilər yalnız “özlərinin yoluxmaları barədə məlumatı ictimailəşdirənləri əhatə edir”. Yoluxduğunu ictimailəşdirməyənlərin olması da mümkündür.

Mission News Theme by Compete Themes.