Press "Enter" to skip to content

Atatürkün qurduğu Anadolu Agentliyi 101 yaşında

Şenol Kazancı: Təkcə Anadolunun deyil, bütün məzlum coğrafiyaların səsini 13 dildə çatdırmaqda davam edən Anadolu Agentliyi millətindən aldığı bu görəvi Türkiyə Cümhuriyyəti var olduğu müddətdə davam etdirəcəkdir

Bayraqdar.info – “Böyük Öndər Atatürk, Milli Mücadilə illərində Anadolunun səsini dünyaya çatdırmaq məqsədilə qurduğunuz Anadolu Agentliyi bu gün 101 yaşındadır. Ölkə daxilində 86 və xaricdə 41 mərkəzdəki ofisləri ilə təkcə Anadolunun deyil, bütün məzlum coğrafiyaların səsini 13 dildə çatdırmaqda davam edən Anadolu Agentliyi millətindən aldığı bu görəvi Türkiyə Cümhuriyyəti var olduğu müddətdə davam etdirəcəkdir. Bu münasibətlə əbədiyyətə qovuşan bütün şəhidlərimizi rəhmətlə anırıq.”

Bu sözləri Türkiyənin və dünyanın aparıcı informasiya agentliklərindən biri olan Anadolu Agentliyi İdarə Heyətinin sədri və baş müdiri Şenol Kazancı Anıtqəbir Özəl Dəftərinə yazıb. Qeyd edək ki, aprelin 6-da Şenol Kazancının rəhbəlik etdiyi heyət agentliyin yaranmasının 101-ci ildönümü münasibətilə Anıtqəbiri ziyarət edib.

Tarix: Tarixi təxminən Türkiyə Cümhuriyyətinin tarixi ilə eyni olan Anadolu Agentliyi Mustafa Kemal Atatürkün təlimatı ilə 6 aprel 1920-ci ildə qurulub. Türkiyə Böyük Millət Məclisinın (TBMM) ilk iclasının keçirilməsindən 17 gün öncə qurulan Anadolu Agentliyi TBMM-in qəbul etdiyi ilk qanunları xalqa çatdırıb, Milli Mücadilənin hər bir mərhələsinə şahidlik edib.

İstanbulun işgalının ardından Milli Mücadiləyə qatılmaq üçün Anadoluya keçən aydınlar arasında yer alan Yunus Nadi (Abalıoğlu) və Halide Edip (Adıvar) Mustafa Kemal Paşayla görüşlərində bir xəbər agentliyinin qurulması təklifini səsləndiriblər. Beləliklə, bu təklifə müsbət yanaşan və dərhal hərəkətə keçilməsini istəyən Mustafa Kemal Paşanın təlimatına əsasən aprelin 6-da Anadolu Agentliyi qurulub.

Anadolu Agentliyi Qurtuluş Savaşında çox çətin və məsuliyyətli vəzifəni şərəflə yerinə yetirib. Həm Anadoluda, həm də İstanbulda milli oyanışa vəsilə olan Anadolu Agentliyi Qurtuluş Savaşının daxildə və xaricdə səsi olaraq tarixə keçib.

Anadolu Agentliyi bu gün Türkiyə mərkəzli beynəlxalq bir xəbər agentliyi olaraq 13 dildə yayınları ilə hər gün 6 min mediaya xəbər çatdırır.

Biz də bayraqdar.info olaraq Anadolu Agentliyi və onun bütün çalışanlarını təbrik edir, qurucusu Müstafa Kemal Atatürkü və digərlərini rəhmət və minnətlə anırıq.

Mission News Theme by Compete Themes.