Press "Enter" to skip to content

Ankaradan Çin səfirinə etiraz

Bayraqdar.info – Çin Xalq Respublikasının Ankaradakı səfirliyinin Twitter hesabından edilən paylaşım Türkiyədə etirazla qarşılanıb. Anadolu Agentıliyinin məlumatına görə, İYİ Partiya başqanı Meral Akşener və Ankara Böyük şəhər Bələdiyyəsinin başqanı Mansur Yavaşın Twitter hesablarının da etiketləndiyi paylaşımda bu sözlər yazılıb: “Çin tərəfi, hər hansı bir şəxs və ya gücün, Çinin suverenliyinə və ərazi bütövlüyünə hansısa bir şəkildə meydan oxumasına kəskin şəkildə qarşı çıxmaqda və bunu şiddətlə qınamaqdadır. Çin tərəfi, haqlı cavab vermək haqqını özündə saxlayır”.

Bu paylaşımından sonra Türkiyə Xarici İşlər Nazirliyinə çağırılan səfir Liu Şaobinə səfirliyin Twitter hesabından edilən paylaşımlardaki ifadələrlə bağlı duyulan narazılıq çatdırılıb.

Məlumat üçün bildirək ki, Meral Akşener və Ankara Böyük şəhər Bələdiyyə başqanı Mansur Yavaş aprelin 5-də Kaşqar vilayətinin Barın qəsəbəsində törədilən qətliamın 31-ci ildönümü ilə bağlı paylaşım edib.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.