Press "Enter" to skip to content

700-dən çox qaziyə reabilitasiya və sosial-psixoloji xidmət göstərilib

Bayraqdar.info – 2019-2021-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir olunaraq yenidən qurulub, ən müasir avadanlıqlarla təchiz edilib.

Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, həmin müəssisələr Vətən müharibəsi iştirakçılarının reabilitasiya və sosial-psixoloji xidmətlərlə təmin olunmasına öz töhfəsini verir. Məlumatda o da qeyd edilir ki, postmüharibə dövründə həmin müəssisələrə 700-dən çox qazi qəbul olunaraq reabilitasiya və sosial-psixoloji xidmətlərlə əhatə olunub. Hazırda xidmətlərin göstərilməsi prosesi davam edir.

Mission News Theme by Compete Themes.