Son yeniləmə: 5 Aprel 2021 08:10
Bayraqdar.info – Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Gebreyesus Azərbaycan Prezidentinə təşəkkür etdiyini bir daha idlə gətirib. O, özünün tvitter hesabında bununla bağlı paylaşım edib: “Bu həftənin əvvəlində Azərbaycan Prezidentinə etdiyim zəngdən yararlanaraq COVID19-a qarşı qlobal mübarizədə dəstəyinə, ÜST-lə işbirliyinə, peyvəndin bərabər bölünməsi üçün mübarizəsinə və Qoşulmama Hərəkatı üzvləri arasındakı həmrəyliyə görə təşəkkür etdim”.
Qeyd edək ki, ÜST-ün baş direktoru aprelin 2-də də Prezident İlham Əliyevlə telefon danışığı haqqında paylaşım etmişdi: “Azərbaycan Prezidenti İlham Əliyevlə peyvəndin ədalətli bölüşdürülməsilə bağlı çox faydalı dialoqumuz oldu. Mən ona töhfələrindən dolayı təşəkkür etdim. Həm də əmin etdim ki, ÜST və COVAX tərəfdaşları Azərbaycanın ilk COVID19 peyvəndlərini bir neçə gün ərzində qəbul edib tətbiqinə dəstək üçün hazırdır. Birlikdə!”
In my call with @presidentaz earlier this week, I also took the chance to thank him for 🇦🇿‘s financial support to the global #COVID19 response, collaboration with @WHO, advocacy for #VaccinEquity & solidarity among the Non-Aligned Movement members.https://t.co/gATCr43WQu
— Tedros Adhanom Ghebreyesus (@DrTedros) April 4, 2021
Əlavə edək ki, Azərbaycan Prezidenti pandemiyanın ilk günündən təkcə ölkəmizin deyil, bütün dünya dövlətlərinin peyvəndə bərabər yetişə bilməsi üçün kampaniya aparır. Onu bu kampaniyada rəhbərlik etdiyi Qoşulmama Hərəkatının üzv dövlətləri də yaxından dəstəkləyir. Məhz Azərbaycan Prezidentinin çağırışıyla BMT Baş Assambleyasının məsələyə həsr edilmiş xüsusi sessiyası da keçirilib. Eyni zamanda, Azərbaycan ÜST-ün özünə ayrıca, həmçinin də 30-dək dövlətə birbaşa maliyyə yardımları etməklə bu qlobal bəladan qurtuluş yolunda ciddi töhfələr verməsilə fərqlənir. Ona görə də dünyanın ən öndə gələn qurumları və onların rəhbərləri Azərbaycan Prezidentinin bu təşəbbüslərini yüksək dəyərləndirir, ona təşəkkürü borc bilir.