Press "Enter" to skip to content

“Montrö admiralları” göz altına alınır

Cem Gürdeniz

Bayraqdar.info – Dünəndən Türkiyə gündəmini alt-üst etməkdə olan admiralların gecə yarısı açıqlaması ətrafında gəlişmələr inkişaf etməkdədir. Artıq xəbər yayılıb ki, Ankara Baş prokurorluğu 10 təqaüdçü admiral haqqında həbs qərarı verib. Həbs ediləcək (bəzilərinin artıq həbs edildiyi deyilir) admiralların bəzilərinin evlərində axtarışlar başladılıb.

Bu admirallar Ergün Mengi, Türker Ertürk, Kadir Sağdıç, Cem Gürdeniz, Atilla Kezek, Alaettin Sevim, Mustafa Özbeydir.

Qeyd edək ki, aprelin 3-dən 4-nə keçən gecə 103 təqaüdçü admiral 1936-cı ildə imzalanmış və boğazlar məsələsinə aid olan “Montrö Sözləşməsi” ilə bağlı həyəcan təbili çalan ortaq açıqlama yaymışdı. Bu davranış Türkiyə dövlətinin rahatsızlığına səbəb olmuş, müxtəlif siyasi cinahlar belə davranışı hətta dövlət çevrilişi işartısı kimi qəbul etmişdi. Hakim Ədalət və İnkişaf Partiyası (AK Parti), eyni zamanda Milliyyətçi Hərəkat Partiyası və bir sıra digər siyasi qurum və şəxslər admiralları kəskin qınayan açıqlamalarla çıxış etmişdilər.

Bayraqdar.info olaraq hadisələrin inkişafını diqqətdə saxlamağa çalışacağıq.

Mission News Theme by Compete Themes.