Bayraqdar.info – Aprelin 4-də Kosovo parlamenti ölkənin yeni prezidentini seçib. Parlamentdən verilən məlumata görə, ötən ilin noyabrında istefa vermiş prezident Haşim Taçinin yerinə prezident vəzifəsini icra etməkdə olan Vyosa Osmani 71 səslə növbəti 5 il üçün bu vəzifəyə seçilib və and içib.
120 nəfərlik parlamentin bütün üzvlərinin iştirak etməməsinə baxmayaraq xanım Vyosa Osmani gərəkli səsi ala bilib. Məlumatlara görə, etnik serb azlığı və müxalifət parlamentin toplantısını və seçkini boykot edib. Lakin bu, seçkini əngəlləmək üçün yetərli olmayıb.
Qeyd edək ki, Kosovo keçmiş Yuqoslaviyanın tərkibindəki Serbiyanın bir hissəsi olub. Lakin serblərin zülmü üzündən bölgə ayrılmağa məcbur olub. Bundan sonra müstəqil dövlət kimi fəaliyyət göstərir və artıq Avropa Birliyi ölkələri onu rəsmən tanıyır. Bu ölkəni Azərbaycan tanımasa da qardaş Türkiyə tanıyır.
Kosovolalıar əsasən alban müsəlmanlardan ibarətdir və qonşu Albaniya ilə eyni tarixi köklərə məxsusdur. Bir zamanlar Osmanlı İmperiyasının tərkibində olmuş Kosovoda indi də türklərə rəğbət yüksək səviyyədədir.