Son yeniləmə: 5 Aprel 2021 23:38
Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar Milliyyətçi Hərəkat Partiyasının qurucusu Alparslan Türkeşin vəfatının 24-cü ildönümü ilə bağlı bildiri yayımlayıb. Bu barədə KKTC-nin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.
Məlumatda deyilir ki, Ersin Tatar bildirisində aşağıdakıları qeyd edib: “1917-ci ildə Kıbrısda anadan olan, Türk milliyyətçiliyinin və Türk dünyasının ən önəmli isimlərindən, böyük dövlət və dava adamı, Milliyyətçi Hərəkat Partiyasının qurucusu və ilk sədri mərhum Alparslan Türkeşi vəfatının 24-cü ildönümündə rəhmət və sayğı ilə anıram. Türk dünyasına və milli Kıbrıs davamıza etdiyi xidmətlər unudulmayacqdır. Ruhu şad olsun”.
Əlavə edək ki, Cümhurbaşqanı Ersin Tatar vəfatının ildönümündə Alparslan Türkeşin Kıbrısdakı ev-muzeyini də ziyarət edib. Bu haqda xəbəri KKTC Cümhurbaşqanlığı yayıb.