Press "Enter" to skip to content

Bir sıra ali məktəblərin yuxarı yaşlı işçiləri peyvənd olunub

Son yeniləmə: 5 Aprel 2021 21:37

Bayraqdar.info – Bu haqda xəbəri Təhsil naziri Emin Əmrullayev özünün sosial media hesablarında paylaşıb. Nazirin paylaşdığı rəqəmlərə görə, “31 mart tarixinə olan göstəricilərə əsasən, ali təhsil müəssisələri arasında ilk olaraq ADA Universitetinin 50 yaşdan yuxarı pedaqoji və texniki heyətinin vaksinasiya prosesi artıq yekunlaşıb”.

Emin Əmrullayev daha sonra başqa ali məktəblərdə də peyvəndləmə prosesinin yüksək səviyyədə təşkil edildiyinə diqqət çəkib: “Bununla yanaşı, Sumqayıt Dövlət Universiteti (98.2%), Azərbaycan Universiteti (93.7%), Bakı Avrasiya Universiteti (91.6%), Bakı Ali Neft Məktəbi (87.7%) və Mingəçevir Dövlət Universitetinin (87%) heyəti də bu prosesi yekunlaşdırmaq üzrədir”.

Nazir, peyvənd prosesinə ciddi yanaşan ali təhsil müəssisələrinə təşəkkür də edib: “Təhsil Nazirliyi olaraq bu ali təhsil müəssisələrinin rəhbərliyinə və kollektivinə təşəkkür edirik. Öyrənmə prosesinin davamlılığının təmin olunması və təhsil müəssisələrinin ənənəvi fəaliyyətinin bərpa edilməsi üçün vaksinasiya əsas şərtdir”.

Bir daha qeyd edək ki, bu rəqəmlər 31 mart tairixinə aiddir. Aradan keçən 5 gün ərzində yəqin ki, proses daha da sürətlənib.

Mission News Theme by Compete Themes.