Press "Enter" to skip to content

Azərbaycan səfirindən Türkiyənin Güney Doğusuna xüsusi maraq

Bayraqdar.info – Türkiyə mediasının verdiyi məlumata görə, Azərbaycanın bu ölkədəki səfiri Xəzər İbrahim ölkənin Güney Doğusunda yerləşən Mardinə səfər edib. Səfər çərçivəsində səfiri Mardin valisi Mahmut Demirtaş qəbul edib. Valinin məkanında gerçəkləşən görüşdə Azərbaycan səfiri ona Azərbaycan və Türkiyə bayraqlarının əksi olan forma və marka hədiyyə edib. Vali M.Demirtaş Azərbaycanla Türkiyəni “iki dövlət – tək millət” adlandıraraq ölkələrimizin bayraqlarını yan-yana görməsindən duyğulandığını bildirib. Vali eyni zamanda Mardində COVID19-a qarşı mübarizə, turizm imkanları, vətəndaş məmnuniyyəti üçün çalışmalar haqqında danışıb.

Öz növbəsində Azərbaycan səfiri iki ölkə arasındakı münasibətlərin yüksək səviyyəsindən danışaraq qardaş Türkiyəyə dəstəklərindən dolayı təşəkkürünü ifadə edib. O, iki ölkə başçısı arasındakı həmrəyliyi xüsusi vurğulayıb.

Qeyd edək ki, Türkiyə mediası bundan iki gün öncə səfir Xəzər İbrahimin yenə də Güney Doğuda yerləşən Şanlıurfaya səfəri haqqında xəbər verir. O, burada vali Abdullah Erinlə görüşüb. Görüşdə Şanlıurfanın imkanları haqqında səfirə bilgi verilib. Səfir də eyni qaydada yüksək nəzakət və diqqətə görə valiyə və Şanlıurfalılara təşəkkür bildirib.

Maraqlıdır ki, Azərbaycan səfirinin bu ziyarətləri haqqında səfirliyin internet resursunda hər hansı məlumata rast gəlinmir. Eyni zamanda, Xəzər İbrahimin sosial media hesabında da yalnız Türkiyə mediasının yaydığı paylaşımlar yer alır.

Mission News Theme by Compete Themes.