Press "Enter" to skip to content

Ukrayna Prezidenti Volodimir Zelenski xalqa çağırış etdi – VİDEO

Volodimir Zelenski

Bayraqdar.info – Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Co Baydenlə telefon danışığından sonra aprelin 2-də xalqa müraciətlə çıxış edib. Öz çıxışında ölkədə bəzi qüvvələrin dağıdıcılıqla məşğul olduğunu vurğulayan V.Zelenski belə hallara yol verənlərə qarşı amansız olacaqlarını bildirib.

Onun sözlərinə görə, ölkə gömrüyündə yol verilən pozuntular sonucu Ukrayna 300 milyard hrivna (9,2 milyard avro) itkiyə məruz qalıb. Buna görə də gömrükdə işləyən bir sıra vəzifəli şəxslərə qarşı tədbirlər görülüb.

Prezident V.Zelenski bəzi oluqarxların ölkədə sabotajla məşğul olduğunu, onlara qarşı amansız olacaqlarını da ayrıc qeyd edib.

Ukrayna Prezidenti xalqa müraciətində ABŞ Prezidenti ilə telefon danışığına geniş yer verib. O, Co Baydenin Ukraynanı tək qoymayacağını xüsusi vurğulayıb. Ölkəsinin işğal altında olan torpaqlarının yenidən geri qaytarılması haqqında danışdıqlarını qeyd edən V.Zelenski ABŞ Prezidentinin Ukraynaya səfərinə hazırlıqla bağlı fikir mübadiləsi apardıqlarını da deyib.

Xəbəri Ukrayna Prezidentinin idarəsi yayıb.

Mission News Theme by Compete Themes.