Bayraqdar.info – İraqdakı qaynaqlarımızın verdiyi xəbərə görə, martın 28-də İraq Türkmən Cəbhəsi başqanlığından istefa vermiş Ərşad Salihi aprelin 4-də Azərbaycana gələcək. Onun Prezident İlham Əliyev tərəfindən də qəbul ediləcəyi bildirilir.
Qaynaqlarımızın verdiyi xəbərə görə, Ərşad Salihi Azərbaycana İraq millət vəkili sifətində İraq parlament heyətinin üzvü kimi gəlir. İraqdan gələcək heyət Azərbaycanla ikitərəfli münasibətlər, iki dost ölkə arasında görülə biləcək işlərlə bağlı yüksək səviyyədə danışıqlar aparacaq.
Qeyd edək ki, uzun müddətdir İraq Türkmən Cəbhəsinə başçılıq etmiş Ərşad Salihinin istefası ətrafında hələ də müzakirələr davam edir. Bəziləri onun istefaya məcbur edildiyini söyləsə də Ərşad Salihi bu addımı könüllü atdığını, bundan sonra millət vəkili kimi milli davaya davam edəcəyini bəyan edib.