Son yeniləmə: 3 Aprel 2021 10:08
Bayraqdar.info – Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri Erkan Özoral geri çağırılıb. Bununla bağlı qərarı Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan imzalayıb. Cümhurbaşqanının imzaladığı başqa bir qərarla Cahit Bağcı ölkəsini Azərbaycanda təmsil edəcək.
Yeni səfir Cahit Bağcı üç dönəm hakim Ədalət və İnkişaf Partiyasından (AK Parti) millət vəkili olub. O, Orta Doğu Texniki Universitetini bitirib. İngilis, alman və ərəb dillərində danışan Cahit Bağcı evlidir, 3 uşaq atasıdır.
Cahit Bağcı səfir təyin edilməsilə bağlı sosial media hesabından da açıqlama yayıb: “Sayın Cumhurbaşkanımızın tensipleri ile Türkiye Maarif Vakfı Mütevelli Heyeti Daimi Üyeliği görevinden dost ve kardeş ülke Azerbaycan’ın Başkenti Bakü’ye Büyükelçi olarak atandım. Bizi bu onurlu ve şerefli görevlere layık gören Sayın Cumhurbaşkanımıza şükranlarımı arz ederim.+”
O açıqlamasına davam edərək bunları da yazıb: “Destekleri için Dışişleri Bakanımız sayın @MevlutCavusoglu‘na çok teşekkür ederim. Köklü dostluk ve kardeşlik ruhuyla ve aşk ile bir işci arı gibi çalışacağız. Allah yüzakıyla görev yapmayı nasip etsin”.
Destekleri için Dışişleri Bakanımız sayın @MevlutCavusoglu ‘na çok teşekkür ederim. Köklü dostluk ve kardeşlik ruhuyla ve aşk ile bir işci arı gibi çalışacağız.
Allah yüzakıyla görev yapmayı nasip etsin.
Cehd ile Bismillah
🇹🇷🤝🇦🇿 #CanAzerbaycan pic.twitter.com/UQf9cYoaYq— Cahit Bağcı (@CahitBagci) April 2, 2021
Əlavə edək ki, Türkiyənin Azərbaycandakı hazırkı səfiri Erkan Özoral bu vəzifəyə 2016-cı ilin oktyabr ayında təyin edilib. Onun müddəti 2020-ci ilin dekabrında bitsə də daha bir müddət vəzifəsində qalması uyğun görülüb.