Bayraqdar.info – Xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın ölkəmizdəki səfiri Augusto Massarini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Nazirliyin yaydığı məlumata görə, C.Bayramov Azərbaycan və İtaliya arasında mövcud olan yüksək səviyyəli əməkdaşlıq münasibətlərini qeyd edərək, iki ölkə rəhbərləri səviyyəsində imzalanmış strateji tərəfdaşlıq haqqında birgə bəyannamələrin bunun bariz nümunəsi olduğunu vurğulayıb.
Səfir A.Massari Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ona göstərilən diqqəti və həyata keçirilən əməkdaşlığı məmnunluqla qeyd edib. İki ölkənin nümayiş etdirdiyi həmrəyliyin Azərbaycan və İtaliya arasında münasibətlərin yüksək səviyyədə inkişafına tam uyğun olduğunu ifadə edib.
C.Bayramov səfirin ölkəmizdəki diplomatik fəaliyyətini yüksək dəyərləndirərək iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinə verdiyi töhfəyə görə ona təşəkkürünü bildirib və gələcək fəaliyyətində uğurlar arzu edib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.